Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Rayonumuzda Prokurorluq işçilərinin peşə bayramı qeyd edildi

0

  •        30.09.2023-cü il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Milli prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü qeyd edilib. Bu münasibətlə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayon prokuru Əvəz Əliyev, rayon prokurorluğunun əməkdaşları, hüquq-mühafizə orqanlanlarının, idarə və müəssisələrin rəhbərləri və ziyalılar Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, Heydər Parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüblər. 
    ***       
    Hüquqi dövlətin qurulmasını özünə inkişaf yolu seçən Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması Ulu öndərin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir”, - deyən Ümummilli liderin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.        Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməMədəniyyət
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib47 dəfə
    rayonumuzda prokurorluq işçilərinin peşə bayramı qeyd edildi

    Maraqlı gələ bilər
    39
    50
    55